Zelenski Trampla görüşə razı deyil - "Bloomberg" |
Bununla belə müəllif iddia edib ki, respublikaçı siyasətçinin nəinki Rusiyaya, Ukraynaya da təsir rıçaqları yoxdur.
"Tramp Ağ Evə qayıtdıqdan 48 saat sonra Putinin “ölkəsini məhv etdiyini” söylədi. Siyasətçi həmçinin tezliklə razılaşma əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların sərtləşəcəyini bəyan etdi. Belə fikirlər Moskvaya qarşı gözlənilməz hədə sayıldı. Amma çox keçmədi ki, Tramp hədələrini yumşaltdı. O, rus xalqını sevdiyini və Rusiya prezidenti ilə əla münasibətdə olduğunu bildirdi. Bu bəyanatlar Trampın “güc vasitəsilə sülh” siyasətinin Avropada son yüz ildə baş vermiş ən böyük quru döyüşlərinə son verə biləcəyini sərgiləmək üçün göstərdiyi səylərin ilk atəşidir", -məqalədə yazılıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az