Baş nazir Türkiyə səfirini qəbul etdi

   Baş nazir Türkiyə səfirini qəbul etdi
  22 Yanvar 2025    Oxunub:261
Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı ilə görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Ə.Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti