İspaniyada “BMT diplomatı" təyyarədən qovulub
Ryanair-in Lanzarote- Santyaqo-de-Kompostelaya reysi olan təyyarənin göyərtəsində 40 dəqiqəlik gecikmə ilə nəticələnən insident baş verib.
BMT diplomatı olduğunu iddia edən sərnişin ekipajın tələblərini yerinə yetirməkdən imtina edərək polisin köməyi ilə təyyarəni tərk etmək məcburiyyətində qalıb.
Kişi diplomatik statusunu əsas gətirərək, birinci cərgədə yer verilməsində israr edib. Lakin stüardessalar ondan təyyarəyə minmə talonunu göstərməsini istəyəndə o, sənədin dostunda olduğunu deyərək imtina edib.
Bu zaman hava limanının əməkdaşı təyyarəyə minərək biletlərdən birinin düzgün skan edilmədiyini bildirib. Şəxsin sözügedən sərnişin olduğu məlum olub.
Polislər daha sonra digər sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün insident yaradan şəxsi təyyarədən endirib.
AzVision.az
Teqlər: