Nazir: Britaniya təyyarə qəzası ilə bağlı təhqiqata dəstək verməyə hazırdır
Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılması üzrə görülən işlər barədə məlumat verib. Azərbaycanla Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Britaniya naziri, iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir Ceyhun Bayramov, bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişi və delimitasiya üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında davam edən ərazi iddialarının prosesə əsas maneçilik törədən səbəb olduğunu diqqətə çatdırıb. Telefon danışığı gedişatında həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: