Bakıda “Çövkən” üzrə dünya çempionatının qalibi müəyyənləşir

 Bakıda “Çövkən” üzrə dünya çempionatının qalibi müəyyənləşir
  16 İyun 2024    Oxunub:1196
İyunun 16-da Binə Atçılıq Mərkəzində “Çövkən” üzrə 2-ci dünya çempionatının yarımfinal və final yarışlarına start verilib.
Yarışlardan öncə bədii hissə təşkil olunub. Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda, Türkiyə və İsveçrədə nümayiş etdirdiyi möhtəşəm şou-kompozisiya, Dövlət Sərhəd Xidmətinin “Süvarilər” dəstəsi və rəqs qrupu nümunəvi çıxışları təqdim edilib.Bundan sonra Özbəkistan və Nigeriya arasında oyuna start verilib. İlk hissədən sonra hesab 1-0 olsa da, hazırda hesab bərabərdir.

Final oyununda isə Azərbaycan millisi Mərakeşlə qarşılaşacaq.
Tural Tağıyev

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti