“Dərs vaxtı”nın sabaha olan yayım vaxtı dəyişdi
![“Dərs vaxtı”nın sabaha olan yayım vaxtı dəyişdi
“Dərs vaxtı”nın sabaha olan yayım vaxtı dəyişdi](https://azvision.az/photos/2020/12/ders_-1607855244.jpg)
Həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq.
"Dərs vaxtı" proqramının müvafiq cədvəli "Dərs vaxtı"nın "Facebook" səhifəsində (https://www.facebook.com/dersvaxti.edu.az/) paylaşılacaq.
Qeyd edək ki, "Mədəniyyət" və "ARB Günəş" tekekanallarında yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edib.
Azvision.az
Teqlər: Dərs-vaxtı Təhsil