Misirdəki səfirliyimiz fəaliyyətini bərpa etdi

Misirdəki səfirliyimiz fəaliyyətini bərpa etdi
  02 Oktyabr 2013    Oxunub:1084
Azərbaycanın Misirdəki səfirliyinin diplomatik heyətinin təxliyə olunmuş hissəsi Qahirəyə geri qayıdıb.

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib ki, hazırda səfirlik ştat cədvəlində nəzərdə tutulduğu kimi, tam tərkibdə fəaliyyət göstərir.

Onun sözlərinə görə, hazırda Misirdə əsasən sakitlikdir, amma ölkədə tam siyasi sabitliyin əldə olunduğunu demək olmaz.

Qeyd edək ki, Azərbaycanın Misirdəki səfirliyinin diplomatik heyəti ölkədəki gərgin vəziyyətlə əlaqədar avqustun sonunda təxliyə olunub. O vaxtdan səfirlikdə iki diplomat çalışıb.(apa)


Teqlər:  





Xəbər lenti