“İlham Əliyev onu təhqir edənlərə dözümlü yanaşır”

“İlham Əliyev onu təhqir edənlərə dözümlü yanaşır”
  02 Oktyabr 2013    Oxunub:1762
“Prezidentin şərəf və ləyaqətini qoruyan bir qanun olmalıdır”.
AzVision.az xəbər verir ki, bu sözləri YAP Siyasi Şurasının üzvi, millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə prezidentin şərəf və ləyaqətinin qorunması üçün qanunun qəbuluna münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu qanunun qəbul edilməsi çox vacibdir:

“Milli Məclisin payız sessiyasının birinci iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov prezidentin şərəf və ləyaqətinin müdafiə edilməsi ilə bağlı qanunun qəbul olunmasını təklif edib. O bildirib ki, qanunun qəbulu prezidentin şərəf və ləyaqətinin qorunması üçün çox vacibdir.

Hesab edirəm ki, konstitusiyanın müvafiq maddəsinə əsasən, prezidentin şərəf və ləyaqətini qoruyan bir qanun olmalıdır.

Azərbaycan cəmiyyətində dövlətin simvolu kimi dövlət başçılarına həmişə hörmət olub. Bir müddət əvvəl ölkə rəhbəri İlham Əliyevin təşəbbüsü ilə eks-prezidentlərin sosial müdafiəsi haqqında qanunun qəbul olunması prezidentlərə olan hörmətin bariz nümunəsidir.

Ancaq müəyyən zamanlarda bəzi şəxslər demokratiya anlayışını təhrif edərək dövlət başçısının ünvanına təhqir, xarici mətbuatda həqiqətə uyğun olmayan məlumatları səsləndirməyi özlərinə şərəf bilirlər. Belə məsələlərə hüquqi qiymət verən sənəd isə ortada yoxdur.

Söhbət kimisə cəzalandırmaqdan, kimisə bu məsələyə görə məsuliyyətə cəlb etməkdən getmir. İndiyə qədər prezidentin ünvanına təhqirlər, həqiqətə söykənməyən iddialar səslənsə də, kimlərinsə məsuliyyətə cəlb olunması ilə bağlı məhkəmə presedenti olmayıb. Bu məsələdə prezident cənab İlham Əliyev həmişə dözümlülük və yüksək mədəniyyət nümayiş etdirib.

Ancaq bununla belə fikrimcə, konstitusiyanın müddəsana uyğun olaraq prezidentin hüquqlarını qorumaqla bağlı qanunun qəbuluna ehtiyac vardır. Kimlərinsə tənqidi təhqirlə qarışdırmasına, demokratiyadan sui-istifadə edərək məsələyə qeyri-etik yanaşmasına hüquqi qiymət verilməlidir”.


Teqlər:  





Xəbər lenti