Azay Quliyev: `Müxalifət korrupsiya mövzusunu istismar edir`

Azay Quliyev: `Müxalifət korrupsiya mövzusunu istismar edir`
  02 Oktyabr 2013    Oxunub:1208
`Bugünkü müxalifət korrupsiya mövzusunu istismar etməklə məşğuldur`. AzVision.az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev deyib.
A.Quliyev deyib ki, bu gün Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə aparır və konkret addımlar atır: "Müxalifət də deyir ki, mən də gəlib korrupsiyaya qarşı mübarizə aparacağam. Yəni buradan görünür ki, bugünkü müxalifət korrupsiya mövzusunu istismar etməklə məşğuldur və bu gün müxalifət sadəcə olaraq bu həssas mövzudan faydalanmaqla insanlardan müəyyən mənada səs qoparmaq istəyir".

Deputat hesab edir ki, son illər ərzində Azərbaycan korrupsiya ilə mübarizədə çox ciddi uğurlara imza atıb: "Bu siyasət üç istiqamətdə aparılır. Birinci istiqamət - proflaktik tədbirlərin görülməsi və korrupsiya hallarının yerindəcə aşkarlanıb qanunvericiliyə uyğun şəkildə tədbirlərin görülməsidir. Azərbaycan dövləti korrupsiya ilə mübarizədə kifayət qədər iradəlidir. İkinci istiqamət - yeni qanunların qəbulu, qanunvericilik bazasının təkmilləşdirilməsi və boşluqların aradan qaldırılmasıdır. Bununla bağlı çoxlu sayda qanunlar qəbul olunub. Üçüncü istiqamıt isə konkretr islahatların aparılmasıdır. Bu gün Azərbaycan doğrudan da dünyada öyünüləcək və dünyaya bir nümunə kimi göstərilə biləcək "ASAN" xidmət mərkəzlərini yaradıb və bu xidmətin əsas məqsədi bütün neqativ halları aradan qaldırmaq, vətəndaşların məmnunluğunu təmin etmək və vətəndaşlara göstərilən dövlət xidmətlərini asanlaşdırmaqdan ibarətdir. Bu struktur elə formalaşdırılıb ki, korrupsiyaya nəzəri baxımdan da olsa imkan yoxdur. Yəni sistemin özü korrupsiyanı inkar edir. Bütün bunlar onu göstərir ki, doğrudan da Azərbaycan dövləti, xüsusilə dövlət başçısı cənab İlham Əliyev korrupsiya ilə bağlı mübarizədə kifayət qədər siyasi iradəyə sahibdir".

A.Quliyev xüsusilə qeyd edib ki, bu gün təsadüfi deyil ki, "Amnesty İnternational" təşkilatı da son illər Azərbaycanda korrupsiya ilə mübarizədə həyata keçirilən islahatları dəyərləndirib və Azərbaycanın korrupsiya ilə mübarizə aparan ölkələr sırasında reytiniqi kifayət qədər yaxşılaşıb: "O ki qaldı siyasi müxalifətə, bunların bu gün ciddi bir platforması, mövqeyi, vədi olmadığına görə, çox ümumi şəkildə, hamı üçün müəyyən mənada cəlbedici görünə biləcək bir sıra populyar mövzulara istinad edirlər ki, bunlardan biri də korrupsiyadır. Bunlar bu gün "korrupsiya var" deməklə sadəcə siyasi xal qazanmağa çalışırlar. Amma bir şey bəllidir ki, insanlar konkret işə, konkret siyasi iradəyə qiymət verirlər və onlar hər hansı pafoslu bəyanatlara, boş vədlərə inanmırlar. Ona görə də, mən müxalifətin seçki ərəfəsində bir alət kimi bu mövzudan istifadə etməyə çalışmasını təbii qarşılayıram. Ancaq göründüyü kimi, onların söylədikləri arqumentlər və fikirlər o qədər əsaslandırılmamışdır ki, o qədər bayağı səslənir ki, burada da bunların dedikləri inandırıcı görünmür".


Teqlər:  





Xəbər lenti