7-ci debatdan maraqlı məqamlar - YENİLƏNİB

7-ci debatdan maraqlı məqamlar - YENİLƏNİB
  02 Oktyabr 2013    Oxunub:1203
Azvision.az xəbər verir ki, Hafiz Hacıyev siyasi `rəqibləri`nin müxalifətdən olan nümayəndələrin məxsusi ləqəblərlə çağırdı. Bunların arasında `qoluboyların Azərbaycandakı nümayəndəsi`, `Azərbaycanın bir nömrəli satqını` kimi ləqəblər yer tuturdu. Əli Kərimlini onu öldürməsi ilə hədələdiyini iddia edən namizəd, onun bunu edə bilməyəcəyin qeyd etdi və Cəmil Həsənliyə isə heç nə etmədiyini yalnız həqiqətləri dediyini bildirdi.

***

Araz Əlizadə isə yenədə Ana-müəllim və əsgərləri ona səs verməyi xahiş edərək vaxtın saxladı.

***
Cəmil Həsənlinin çıxışından və tərəfdarların mitinqə çağışırışından və yenə də Gülər Əhmədovadan danışdıqdan sonra Zahid Orucun tutarlı cavabı ilə depat davam etdi.

Zahid oruc birinci növbədə Cəmil Həsənliyə Gülər Əhmədova ilə necə yaxın olduqların yada salaraq, hələ tam məhkum edilməmiş və məhkəməsi davam edən bir insandan belə danışmasın prezidentliyə namizədə necə yaraşmadığın vurğuladı və Respublika Prokuroruna müraciət etdi.`Mən respublika prokuroruna buradan müraciət edirəm. Azərbaycanda korrupsiyanın elə mənbəyi olan insanlar hamısı Milli Şuradadı`. Daha sonra müxalifəti `siyasi fanotizmdə` günahlandıran Zahid Oruc dediklərin də isbat etdi. O qeyd elədi ki, siyasətçilər mitinqi siyasi yolun göstərmək üçün edir siz isə (Müxalifət) mitinqi sadəcə bununla yaşadığınız üçün edirsiz və elə bilirsiz ki, bunula hakimiyyət qurulur. Sizin elan etdiyiniz `bir manat` aksiyasında bir manatın belə sizə qıymayan millət deməli sizi istəmir.

***

Cəmil Həsənlinin 2-ci çıxışına isə Hafiz Hacıyev imkanında olan vaxtdan istifadə edərək cavab verdi. O Cəmil Həsənlinin Əlikram Hümbətovun Ermənistanda danışdıqların dedi.

***

Araz Əlizadə isə yenədə filmdən `sitat` gətirdi. Çarli Çaplininfilmin yada salan namizəd, filmdə Mussolini ilə Hitlerin görüşü səhnəsin danışdı. `Hitlerin boyu Mussolinidən balaca olduğuna görə əmr edir ki,, Mussoliniyə uşaq stolu gətirsinlər, özünün isə altına yastıq qoyur ki, daha uzun görsənir. Siz bir dənə bu `Milli Şurik`lərin namizədinin plakatına baxın` deyərək plakatı göstərir... Plakatda həqiqətən də Cəmil Həsənli arxada duran gənclərdən xeyli uzun göstərilir gənclər onun yanında Araz Əlizadənin dediyinə görə `liliput` vəziyyətindədir. ``Liliput` onların fikirləridir gənclər yox. Əziz həmvətənlər bu `Milli Şurikdə` olanlar hamısı ekslərdir, onlar əvvəlcə hakimiyyətdə olub və indidə hakimiyyət davasındadılar`.

Cəmil Həsənlinin rüşvət haqqında və deputatların rüşvətlə seçimi haqda danışdıqlarına isə Araz Əlizadədən tutarlı cavab gəlir. `Sən özün on il deputat olmusan, sən nə qədər pul vermisən ki, iddia edirsən ki. deputatlığa namizədlər rüşvətlə seçilir` sitatın sonu.


Teqlər:  





Xəbər lenti