Bülletenlər DSK-lara çatdırılır

Bülletenlər DSK-lara çatdırılır
  01 Oktyabr 2013    Oxunub:1124
Seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin Dairə Seçki Komissiyalarına təhvil verilməsi prosesinə başlanıb. Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, seçki komissiyaları, müşahidəçilər və qeydə alınmış namizədlərin maraqlarını müdafiə edən şəxslərin, həmçinin media nümayəndələrinin prosesi izləməsinə imkan yaradılıb.

Seçki Məcəlləsinin 99-cu maddəsinə əsasən, seçki bülletenlərinin hazırlanma qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə 35 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənir. Seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir və Komissiyanın qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisəsində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır. Hazırlanmış seçki bülletenlərinin sayı müvafiq seçki dairəsində qeydə alınmış seçicilərin sayından ən çoxu 3 faiz artıq ola bilər.

Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucovun sözlərinə görə, Seçki Məcəlləsinin tələblərinə görə, hazırda Mərkəzxi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin müvafiq qaydada Dairə Seçki Komissiyalarına paylanması prosesi gedir. Təhvil vermə prosesi DSK sədrlərinin iştirakı ilə müvafiq protokola əsasında həyata keçirilir.

Mərkəzi Seçki Kosmissiyası Milli Məclisin mətəbəəsində çap edilən seçki bülletenlərini aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış müvafiq DSK-lara təqdim edir. DSK-lar isə səsvermə gününə 3 gün qalmış bülletenləri məntəqə seçki komissiyalarına verməlidir. Məntəqə seçki komissiyalarına verilən bülletenlərin sayı seçki məntəqəsi üzrə təsdiqlənmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən isə çox ola bilməz. Azərbaycanın xarici ölkələrdə yaradılmış seçki məntəqələri də seçki bülletenləri ilə təmin olunur.

Seçki bülletenlərinin paylanmasına sentyarbrın 30-dan başlanılıb. Xarici ölkələrdəki seçki məntəqələri Yasamal seçkp dairəsi üzrə həyata keçirilir və bu yolla həmin məntəqələrə bülletenlər çatdırılır.

Milli Məclisin mətbəəsində çap olunan bülletenlərin çap və paylanması prosesinə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən nəzarət olunur.



Teqlər:  





Xəbər lenti