Turizm şirkətlərindən prezidenti dəstəkləyən BƏYANAT

Turizm şirkətlərindən prezidenti dəstəkləyən  BƏYANAT
  01 Oktyabr 2013    Oxunub:1209
Azərbaycanın turizm şirkətləri Prezident İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanatla çıxış ediblər.

AzVision.az trend-ə istinadən xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov çərşənbə axşamı keçirilən tədbirin açılışında bildirib ki, son 10 ildə Azərbaycanda turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb: "Ölkədəki inkişafı ilk növbədə biz turizm şirkətləri öz fəaliyyətimizdə hiss edirik".

N.Bağırov deyib ki, ölkədə 2001-ci ildə 32 turizm şirkəti fəaliyyət göstərirdisə, hazırda onların sayı 200-dən artıqdır. Assosiasiya sədri vurğulayıb ki, artıq ölkədə çoxsaylı dünya səviyyəli 5 ulduzlu hotellər açılıb. O, xüsusi olaraq Şahdağ Qış-Yay Turizm Kompleksinin açılışını qeyd edib, Qəbələnin turizm mərkəzlərindən birinə çevrildiyini vurğulayıb: "Azərbaycanın zəngin mədəniyyəti, incəsənət nümunələri buraya xarici turistlərin marağını artırır. Bu ilin ilk 6 ayı ərzində bir milyondan çox turist səfər edib. Ölkədə turizmin sürətli inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin turizm sektoruna göstərdiyi qayğının göstəricisidir".

Assosiasiya sədri bildirb ki, Prezident İlham Əliyevin səyi nəticəsində ölkədə kiçik və orta sahibkarların fəaliyyəti üçün münbit şərait yaradılıb, bunun da məntiqi nəticəsi kimi Azərbaycanın hər regionunda turizm üçün istirahət obyektləri tikilib: "Azərbaycan artıq dünya turizm aləmində özünü təsdiq edib".
O, həmçinin vurğulayıb ki, turizm kadrlarının hazırlanması istiqamətində mühüm işlər görülüb.

"Silk Way Travel" şirkətinin direktoru Şirzad Əfəndiyev tədbirdə çıxışı zamanı bildirıb ki, son 10 ildə turizmin inkişaf etdirilməsi sürətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutur: "Hazırda dünya turizminin inkişafı ildə 3-4 faizdirsə, Azərbaycanda 9 faiz təşkil edir".
Ş.Əfəndiyev qeyd edib ki, artıq dünyanın ən böyük hotel brendləri Azərbaycanda təmsil olunur. O, həmçinin deyib ki, Azərbaycanın öz hotel brendi - Qafqaz brendi də yaradılıb.
Şirkət direktoru bildirib ki, ötən 10 ildə Azərbaycanın təyyarə parkı tamamilə yenilənib, sovet istehsallı təyyarələr sıradan çıxarılıb, ən müasir təyyarələrlə təchiz olunub. Milli aviasiya ilə turizm sektoru arasında sıx əlaqələr qurulub: "Turizm şirkətləri bu siyasəti dəstəkləyir, çünki bu siyasətin davamı turizm sektorunun inkişafı deməkdir".

"Improtex Travel" şirkətinin prezidenti Elmar Məmmədov isə tədbirdə bildirib ki, hazırda turizm sahəsinin davamlı inkişafının şahidiyik. O vurğulayıb ki, Prezdent İlham Əliyevin qərarı ilə ölkədə giriş vizalarının verilməsinin sadələşdirilməsi Azərbaycana xarici turistlərin axınını təmin edib.




Teqlər:





Xəbər lenti