Mübariz Qurbanlı türkiyəli səfirlə görüşüb
Söhbət zamanı Türkiyə səfiri Erkan Özoral Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanması baxımından önəmli addım kimi dəyərləndirib. Səfir gələcəkdə Azərbaycan və Türkiyənin müvafiq təhsil müəssisələri arasında əlaqələrin sistemli şəkildə qurulması, birgə əməkdaşlıq imkanları, eyni zamanda, qarşılıqlı təcrübə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə danışıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Mübariz-Qurbanlı Türkiyə