“Ermənistan perspektivsiz siyasət aparır” - Artur Rasi-zadə
Sonra iranlı nazir nümayəndə heyətinin səfər müddətində keçirdiyi görüşlər və hərbi-texniki məsələlərə dair apardığı danışıqlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verib.
Söhbət zamanı beynəlxalq və regional təhlükəsizlik baxımından separatizm, ekstremizm və terrorçuluqla mübarizəni daha da gücləndirməyin zəruriliyini önə çəkən Baş nazir Artur Rasi-zadə, həmçinin bu kontekstdə qonaqların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Xocalı soyqırımının ağır nəticələrini xatırladan Baş nazir Ermənistanın qeyri-konstruktiv, perspektivsiz siyasət apardığını diqqətə çatdırıb və münaqişənin yalnız beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıb.
Öz növbəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi bildirib ki, İran beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərin toxunulmazlığı və Azərbaycanın ərazi bütövlüyü prinsiplərini dəstəkləyir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: İran Azərbaycan Qarabağ