ABŞ səfiri xanımı ilə köçkünlərin məktəbinə baş çəkib
Mövcud olduğu on il ərzində, səfirliyin Yeni Qala məktəbinə göstərdiyi dəstək nəticəsində məktəbi daha böyük sinif otaqları, müasir avadanlıq və sağlam şəraitlə təmin edərək tədris imkanlarını 5000-dən çox uşaq üçün inkişaf etdirib. Belə təhsil bazası məcburi köçkün uşaqlarına özləri üçün, cəmiyyət üçün və bütövlükdə Azərbaycan üçün güclü gələcək formalaşdırmağa imkan yaradacaq.
Yeni Qala Məktəbi Birləşmiş Ştatların Müdafiə Departamentinin Humanitar Dəstək Proqramının Azərbaycanda tikintisinə dəstək göstərdiyi sayca on üçüncü məktəbdir. Həmin proqramın bir hissəsi olaraq, səfirlik cari ildə Bərdənin Güloğlular kəndində məcburi köçkünlər üçün tikiləcək on yeddinci məktəbin tikintisinə dəstək göstərməyi planlaşdırır. 1991-ci ildən etibarən ABŞ Azərbaycana dəstək məqsədilə 1.3 milyard dollar vəsait yatırıb. 2003-cü ildən etibarən ABŞ-ın Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərin yaşayışının və yaşayış şəraitinin təkmilləşdirilməsinə yönəlmiş humanitar dəstək layihələrinin, o cümlədən məktəblərin tikintisinə və su layihələrinə 5.5 milyon dollardan çox vəsait ayırıb. Ümumilikdə, ABŞ 1991-ci ildən etibarən məcburi köçkünlərə göstərilən dəstək üçün Azərbaycanı 125 milyon dollardan artıq vəsaitlə təmin edib.
AzVision.az