XİN Lavrovun Qarabağla bağlı açıqlamasını alqışladı
Qeyd edək ki, Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında Qarabağ münaqişəsinin həllindən söz açıb. Nazir bildirib ki, bu il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar Azərbaycandan və Ermənistandan müəyyən pozitiv impulslar daxil olacağını gözləyir: "Sevindirici haldır ki, ötən il prezidentlər və nazirlər görüşüblər. Həmin görüşlərdə həmsədr ölkələrin nümayəndələri də iştirak ediblər”.
Lavrovun fikrincə, indi əsas məsələ təmas xəttində vəziyyətin sabitləşməsi üçün əlavə addımlar atmaqdır: “Bu, həm də siyasi tənzimləməyə keçid üçün şərait yaradacaq. Bu məsələni bir sənəd vasitəsilə həmişəlik həll etmək mümkün deyil. Bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır. Mərhələli yanaşma münaqişənin qəti tənzimlənməsi və Dağlıq Qarabağın statusu ilə əlaqədar hansı məsələləri dərhal həll etmək mümkün olduğunu və hansı məsələlərin həlli üçün əlavə müzakirələrə ehtiyac olmasını göstərəcək, bunun yollarını müəyyən edəcək”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Rusiya XİN Qarabağ Lavrov