Namiq Əliyevin adı nazir müavini siyahısından çıxarıldı

Namiq Əliyevin adı nazir müavini siyahısından çıxarıldı
  15 Yanvar 2018    Oxunub:13654
Vergilər nazirinin müavini Namiq Əliyev vəzifəsindən azad edilib.

AzVision.az xəbər verir ki, artıq onun adı nazirliyin rəsmi saytında nazir müavinlərinin siyahısından çıxarılıb.
Hazırda rəsmi saytda vergilər naziri Mikayıl Cabbarovun 3 müavininin adı qeyd olunub: 1-ci müavin Sahir Məmmədxanov, müavinlər Sahib Ələkbərov və İlkin Vəliyev.

Qeyd edək ki, Namiq Əliyev 2004-cü ilin fevralından indiyədək vergilər nazirinin müavini işləyib. Onun sabiq vergilər naziri Fazil Məmmədovun qudası olduğu deyilir.

AzVision.az



Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti