İnsan alverinin qurbanı olan şəxslərin sayı açıqlandı
İnsan alveri qurbanlarından və potensial insan alveri qurbanlarından ümumilikdə 44 nəfərin tibbi, 52 nəfərin psixoloji, 53 nəfərin hüquqi yardımla təminatı həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə onlardan 21 nəfərin münasib işlə təmin olunmasına, 10 nəfərin isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmalarına köməklik göstərilib. Həmçinin ehtiyaclarına uyğun olaraq, insan alveri qurbanlarından 14 nəfər sığınacaqla təmin edilib.
İnsan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları barədə ictimai məlumatlılığın artırılması işləri də davam etdirilib. Bu məqsədlə respublikamızın ayrı-ayrı bölgələrində (Biləsuvar, Masallı, Cəbrayıl, Astara, Siyəzən, Şabran, Qusar, Oğuz, Qax, Zaqatala, Balakən və s.) əsasən gənclərin iştirakı ilə tədbirlər təşkil olunub, iştirakçılara müvafiq mövzularda dolğun məlumatlar verilib.
AzVision.az
Teqlər: ƏƏSMN