Xəbərdarlıq: Qar yağacaq, yollar buz bağlayacaq
Azərbaycanın rayonlarında yanvarın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, Yanvarın 13-15-də Abşeron yarımadasında nisbətən dəyişkən hava şəraiti və arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Belə ki, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
AzVision.az
Teqlər: Hava Xəbərdarlıq