Bakının Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, məhdudlaşdırılma aparılacaq təmir işləri ilə əlaqədardır.
Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.