Bakı dünyada ən çox bəyənilən 5-ci şəhərdir
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, reytinq ilk növbədə dünyanın arxitektura mərkəzləri – Paris, Nyu-York və Londonda olan və yeni marşrutlar axtaran şəxslər üçün hazırlanıb.
Reytinqdə ilk pilləni Barselona tutub. İkinci yerdə isə Türkiyənin ən böyük şəhəri olan İstanbul gəlir. Növbəti yerləri müvafiq olaraq Roma və Şanxay tutur.
“Lonely Planet” ekspertləri qeyri-adi arxitekturasına görə, həvəskar turistlərin bəyənəcəyi şəhərlərin siyahısına həmçinin Braziliya, Oksford, Mayami, Mumbay və Çikaqonun da adını əlavə edib.
Eldar Tanrıverdiyev
AzVision.az