Bakıda mağaza yanıb

Bakıda mağaza yanıb
  28 İyul 2017    Oxunub:1025
Bakıda mağazada yanğın qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli müxtəlif təyinatlı hər birinin sahəsi 20 m2 olan mağazaların yanar konstruksiyaları və içərisində olan mallar 60 m2 sahədə yanıb, yüksək temperaturdan digər 2 mağazanın tavanı 40 m2 sahədə əriyib.

Mağazaların qalan hissəsi və anbarlar yanğından mühafizə olunub. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   Bakı  





Xəbər lenti