Bakı tıxacı: nədən yaranır, problem necə həll edilməli?
Onun sözlərinə görə, bu vəziyyəti statistik göstəricilər daha aydın şəkildə təsvir edir:
"Bakı şəhərində 320-dən çox orta məktəb və 40-a yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin çoxu şəhərin mərkəzi hissəsində, xüsusən Yasamal, Nərimanov və Nəsimi rayonlarında cəmlənib.
Bakı şəhərində orta təhsil alan şagirdlərin sayı təxminən 500,000-dən çoxdur. Universitet və kolleclərdə təhsil alan tələbələrin sayı 150,000-dən artıqdır. Valideynlərin böyük bir hissəsi şagirdləri hər gün şəxsi avtomobillə məktəbə aparır ki, bu da tıxac probleminin dərinləşməsinə səbəb olur.
Bakı Nəqliyyat Agentliyinin məlumatlarına əsasən, səhər saatlarında məktəblər və universitetlərə yaxın ərazilərdə nəqliyyat sıxlığı 30%-ə qədər artır. Nəqliyyatın sıx olduğu ərazilərdə, məsələn, İnşaatçılar, 20 Yanvar və Neftçilər prospekti kimi yolların kəsişmələrində hər gün saatlarla tıxac yaranır. Məktəb və universitetlərin başlanma vaxtı iş saatları ilə üst-üstə düşdüyü üçün səhər saatlarında tıxacın piki müşahidə olunur.
Bakıda təhsil müəssisələrinin sıxlığı və təhsil alanların çoxluğu şəhərin nəqliyyat sisteminə ciddi yük gətirir. Problemin həlli istiqamətində kütləvi nəqliyyatın təkmilləşdirilməsi, dərs saatlarının fərqli vaxtlara bölünməsi və parkinq problemlərinin həlli vacibdir".
Həmidə İbrahimova
AzVision.az