Lemmi: "Yaxın Şərqdə müharibə baha başa gələcək"

      Lemmi:    "Yaxın Şərqdə müharibə baha başa gələcək"
  01 Oktyabr 2024    Oxunub:412
"İsrail Ordusu Livanda "Hizbullah"ın tələsinə düşməkdən çəkilməlidir".
Bu sözləri Britaniyanın xarici işlər naziri Devid Lemmi mətbuata açıqlamasında bildirib. İsrailin "Hizbullah"a qarşı quru əməliyyatına başlamasına münasibət bildirən nazir tərəfləri təmkinli davranmağa çağırıb.

"Heç kim yenidən İsraili-Livan müharibə si ilə keçmişə (2006-cı ildə baş vermiş müharibə nəzərdə tutulur - red.) qayıtmaq istəməz. İndi Yaxın Şərqdə regional müharibə meydana gələrsə, bu hər kəs üçün baha başa gələcək və bu, əlbəttə, qlobal iqtisadiyyata ciddi təsir göstərəcək", - Lemmi vurğulayıb.
İsrail "Hizbullah"a qarşı quru əməliyyatına başlayıb - FOTO/VİDEO

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Britaniya   İsrail   Hizbullah   müharibə  





Xəbər lenti