Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
  01 Oktyabr 2024    Oxunub:618
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, məhkum Elnur Vahid oğlu Salahovla görüşə gəlmiş anasının gətirdiyi sovqata baxış keçirilən zaman şirniyyat qutularının arasında xüsusi üsulla gizlədilmiş 1 ədəd işlək vəziyyətdə olan "X-inova T210" markalı mobil telefon aparatı aşkar olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti