Kürdəmirdə 7 nəfər yol qəzasında yaralandı

Kürdəmirdə 7 nəfər yol qəzasında yaralandı
  01 Oktyabr 2024    Oxunub:399
Kürdəmirdə yük maşınının iştirakı ilə yol qəzası baş verib.
Hadisə gecə saatlarında Xırdapay kəndində qeydə alınıb. İlkin məlumata görə, Gəncə istiqamətində hərəkətdə olan yük maşını əks yola çıxaraq minik avtomobili ilə toqquşub.

Qəzada 7 nəfər xəsarət alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin dəqiq başvermə səbəbi aparılan araşdırmaların sonunda bəlli olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti