Mişustin Pezeşkiyanla görüşəcək - VİDEO

   Mişustin Pezeşkiyanla görüşəcək -    VİDEO
  30 Sentyabr 2024    Oxunub:388
Rusiyanın Baş naziri Mixail Mişustin İrana səfərə gedib.
Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Mişustin İran Prezidenti Məsud Pezeşkiyanla görüşündə qarşılıqlı və regional məsələlər ətrafında müzakirələr aparacaq. İqtisadi-ticari və mədəni-humaintar sahələrdə əməkdaşlığın perspektivinə, o cümlədən nəqliyyat, sənaye, energetika, təhsil və digər sektorlarda birgə iri layihələrin həyata keçirilməsinə baxış keçiriləcək. Rusiyanın hökumət başçısı həmçinin bu ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Ariflə də görüşəcək.

Sabah isə o, Avrasiya Hökumətlərarası Şurasının plenar sessiyasında iştirak məqsədilə İrəvana yollanacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   İran   baş-nazir   səfər  





Xəbər lenti