Sumqayıtda 70 minə yaxın abonent qazsız qalacaq

Sumqayıtda 70 minə yaxın abonent qazsız qalacaq
  01 Oktyabr 2024    Oxunub:412
Sumqayıtın əksər ərazilərində qaz kəsiləcək.
2 oktyabr saat 09:30-dan Sumqayıt şəhəri Təzə, Köhnə Corat, Novruz qəsəbələri, Saray, Qurddərəsi, Novxanı bağları, 11 (1 hissə), 12 (1 hissə), 13, 17, 18 (1 hissə), 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 51, 52, 53-cü məhəllələrdə yaşayan abonentlərin (36 min abonent) və Sumqayıt şəhəri 1, 2, 3, 4, 5, 7-8-12, 15, 16, 17, 18, 20, 21, 29, 30, 34, 36, 45-ci məhəllələr və 1, 2, 5, 6-ci mikrorayonlarda yaşayan abonentlərin (33.500 abonent) qaz verilişində məhdudiyyətlər yaranacaq.

Qeyd edək ki, məhdudiyyətlər Sumqayıt şəhərinin Qurddərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərinin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası ilə bağlıdır.

Həmçinin Saray körpüsü ətrafında yeni çəkilmiş PE250mm-lik (Şəhər-4) yeraltı polietilen orta təzyiqli və Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində pilot layihəyə əsasən yeni çəkilmiş PE160mm-lik (Şəhər-1) yeraltı polietilen orta təzyiqli qaz xətlərinin mənbəyə qoşulması da səbəb kimi göstərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti