Məktəblilər Beynəlxalq Kosmik Stansiya ilə əlaqə qurub

Məktəblilər Beynəlxalq Kosmik Stansiya ilə əlaqə qurub
  30 Sentyabr 2024    Oxunub:426
Azərkosmos və Dünya Məktəbinin (Xəzər Universiteti) təşkilatçılığı ilə Azərbaycanda ikinci dəfə məktəblilər Beynəlxalq Kosmik Stansiya ilə əlaqə qurub.
AzVision.az xəbər verir ki, tədbir Dünya Məktəbində keçirilib.

Əlaqənin yaradılması "Azərbaycan Radiohəvəskarlar Cəmiyyəti" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilib.

Tədbirdə iştirak edən məktəblilərə kosmos, Azərkosmosun fəaliyyəti haqıında məlumat verilib.

Daha sonra Beynəlxalq Kosmik Stansiya ilə birbaşa əlaqə yaradılıb. Kosmik Stansiyadan NASA-nın xanım astronavtı Sunita Uilyams məktəbliləri salamlayıb. Canlı bağlantıda o, məktəblilərə kosmik sahəyə fərqli baxış və onları maraqlandıran peşə seçimi ilə bağlı addımlar haqqında ətraflı məlumat verib.

AzVision.az



Teqlər:





Xəbər lenti