Külək güclənəcək

   Külək güclənəcək
  01 Oktyabr 2024    Oxunub:395
Oktyabrın 2-3-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Bu barədə AzVision.az -a Xidmətdən məlumat verilib. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti