Sabah Xəzər rayonunun bir hissəsində qaz olmayacaq

Sabah Xəzər rayonunun bir hissəsində qaz olmayacaq
  01 Oktyabr 2024    Oxunub:675
Sabah ( 02.10.2024-cü il tarixində) Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az






Teqlər:





Xəbər lenti