İsrail ordusu Livanın 2 km dərinliyinə girməyi planlaşdırır?

 İsrail ordusu Livanın 2 km dərinliyinə girməyi planlaşdırır?
  01 Oktyabr 2024    Oxunub:377
İsrail hərbçiləri “Hizbullah” hərəkatına qarşı başlamış hərbi əməliyyatların birinci mərhələsində Livan ərazisinin dərinliklərinə doğru irəliləməyi planlaşdırırlar.
AzVision.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
"Birinci mərhələdə İsrail ordusu Livana 1-2 km dərinlikdə soxulmağı planlaşdırır", - mənbə kanala açıqlamasında deyib.
İsrail "Hizbullah"a qarşı quru əməliyyatına başlayıb - FOTO/VİDEO
"Əl Hadath" telekanalı da oxşar məlumatlar yayıb. İddia edilib ki, İsrail hərbçiləri Livan ərazisinin 500 metr dərinliyinə girmək niyyətindədir.

Qeyd edək ki, İsrail Silahlı Qüvvələri Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının obyektlərini və infrastruktrunu sıradan çıxarmaq məqsədilə quru əməliyyatına başladığını bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Livan  





Xəbər lenti