XİN Nepaldakı təbii fəlakətlə bağlı başsağlığı verib

   XİN Nepaldakı təbii fəlakətlə bağlı başsağlığı verib
  30 Sentyabr 2024    Oxunub:420
Azərbaycanın Xarici İşlər Nazirliyi Nepalda baş verən təbii fəlakətlə bağlı başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib:

“Nepalda baş verən, yüzlərlə insanın həyatına son qoyan sel və torpaq sürüşməsi xəbərindən kədərləndiyimizi bildiririk. Həlak olanların yaxınlarına başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq. Belə ağır günlərdə Nepalla həmrəyik”.

AzVision.az



Teqlər:





Xəbər lenti