Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş olub
O bildirib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına diqqət və qayğı göstərir, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, cəmiyyətin digər həssas qrupları kimi, onların da problemlərinin həllinə daim xüsusi qayğı ilə yanaşır. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi uzun illərdir didərginlikdən əziyyət çəkən həmvətənlərimizin həyatında yeni səhifə açıb.
İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən tikilən yaşayış məntəqələrinə Böyük Qayıdış başlanıb. Keçmiş məcburi köçkünlərin doğma yurda böyük həvəslə geri döndükləri, dövlətimizin onlar üçün yaratdığı şəraitdən razı qaldıqları, onların könüllü, təhlükəsiz, ləyaqətli qayıdışının təmin edildiyi vurğulanıb.
AzVision.az
Teqlər: