NATO-nun yeni prioritetləri açıqlanıb

   NATO-nun yeni prioritetləri açıqlanıb
  01 Oktyabr 2024    Oxunub:354
Bu gün Şimali Atlantika Alyansının yeni baş katibi Mark Rütte öz vəzifəsinin icrasına başlayıb.
AzVision.az xəbər verir ki, Mark Rütte öz vəsifəsinin icrasında hərbi-siyasi blok üçün hansı məqamların prioritet olacağına aydınlıq gətirib.

“Biz Ukraynanın suveren, müstəqil, demokratik bir dövlət və xalq kimi yaşamasını təmin etməliyik. Mənim prioritetlərim siyahısında Ukrayna birinci yerdədir”, - Rütte vurğulayıb.

Onun sözlərinə görə, alyansın digər prioritetləri təhdidlərin qarşısının alınması və blokun bu təhlükələrdən müdafiəsidir. NATO-nun kollektiv müdafiəsinin təşkili üçün isə bloka üz ölkələr daha çox vəsait xərcləməlidirlər.

Bununla bağlı açıqlama verən Pentaqonda bildiriblər ki, NATO ölkələri öz silahlı qüvvələrini Alyansın Avropadakı Birləşmiş Qüvvələrinin Baş Komandanı, amerikalı ordu generalı Kristofer Kavolinin nəzarətinə keçirəcəklər.

Yeri gəlmişkən, bu gün öz postunu Mark Rütteyə təhvil verən NATO-nun keçmiş baş katibi Yens Stoltenberq də Ukrayna məsələsinin blok üçün prioritet vəzifələr sırasında olduğunu deyib. Lakin bir qədər fərqli kontekstdən yanaşan Stoltenberq alyansa üzvlük naminə Ukraynanın müəyyən əraizlərdən itirə bilməsini də istisna etməyib.

“Ukraynanın NATO-ya üzvlüyünün yeganə yolunun müharibəni bitirmək və bütün Ukrayna ərazisinə tam nəzarət etmək olduğunu desək, o zaman prezident Vladimir Putinə müharibəni davam etdirməyə yol tapmaq üçün hər cür stimul veririk. Rusiya ilə Ukrayna arasında müharibənin dayandrılması barədə hansısa razılaşma isə bəzi ərazilərin NATO-ya üzvlüyü üçün bir yol ola bilər. Amma nəyin məqbul olduğuna Ukraynanın özü qərar verəcək. Həmçinin bu, məsələ alyans ölkələri arasında razılaşdırılmalıdır. Əgər müharibə nəticəsində “yeni nizamla bağlı” anlaşma yaranarsa, təbii ki, biz Ukraynada müharibənin həqiqətən də bitməsinə əmin olmalıyıq”, - Stoltenberq Ukrayna KİV-lərinə müsahibəsində deyib.

Stoltenberqin fikrincə, NATO-ya üzvlük Ukrayna üçün davamlı sülhü təmin etmək üçün bir yol ola bilər ki, nəticədə də müharibə yekunlaşacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Ukrayna   prioritetlər  





Xəbər lenti