"Çernobıl AES-i tutmaq fikrimiz yoxdur" - Lukaşenko

"Çernobıl AES-i tutmaq fikrimiz yoxdur"    - Lukaşenko
  01 Oktyabr 2024    Oxunub:1002
Belarus prezidenti Aleksandr Lukaşenko diqqət çəkən fikirlər səsləndirib.
Sputnik Belarus-un yaydığı məlumata görə, o, MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşündə Belarus və Rusiyanın Çernobıl AES-i ələ keçirmək fikrində olmadığını deyib.

O qeyd edib ki, hər cür avantüralara fikir vermirlər: "Mən bunu ona görə deyirəm ki, son vaxtlar ukraynalı yoldaşlar və “dostlarımız” mediada Çernobıl Atom Elektrik Stansiyasına daha çox yer ayırırlar. Onlar sizə belə məlumatlar çatdırırlar ki, guya biz, konkret olaraq Lukaşenko Çernobıl AES-i ələ keçirmək istəyirik".
Lukaşenko deyib ki, Minsk hər şey edəcək ki, regional nüvə təhlükəsizliyi təmin edilsin: "Bir şeyi dəqiq bilməlisiniz ki, biz təhlükəsizlik və sülhə sadiqik. Regional nüvə təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Bizdən asılı olan hər şeyi edəcəyik. Buna əmin ola bilərsiniz".
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti