Cəlilabad rayonunda 13 min metr qaz xətti yenilənir
01 Oktyabr 2024
Oxunub:767
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yaşayış məntəqələrinə küçə qaz xətlərinin çəkilişi ilə paralel olaraq payız-qış mövsümünə hazırlıq işlərini də həyata keçirir.
AzVision.az xəbər verir ki, "Azəriqaz" tərəfindən abonentlərin dayanıqlı və fasiləsiz şəkildə mavi yanacaqdan istifadə edə bilmələri üçün istismar müddəti başa çatan qaz xətlərinin yenilənməsi işləri icra olunur. Görülən işlərin davamı olaraq Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi uzunluğu 13000 metr olan qaz xəttinin əvəzlənməsi nəzərdə tutulub ki, artıq işlərin böyük bir hissəsi tamamlanıb.