Milli Məclisin komitələri formalaşdırılıb, yeni üzvlər seçilib

   Milli Məclisin komitələri formalaşdırılıb, yeni üzvlər seçilib
  30 Sentyabr 2024    Oxunub:347
Yeni seçilmiş VII çağırış Milli Məclisin komitələrinin tərkibi formalaşdırılıb.
İclas zamanı Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi haqqında qanun layihələri səsverməyə qoyularaq qəbul edilib. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı qəbul olunub.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib.

Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

AzVision.az


Teqlər:





Xəbər lenti