Salyanda 4 otaqlı ev yanıb

Salyanda 4 otaqlı ev yanıb
  26 İyul 2017    Oxunub:1030
Salyan rayonunda 4 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rayonun Xıdırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 kv.m sahədə və dəhlizin tavanı 24 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın  





Xəbər lenti