Yeni doğulan körpələr daha çox nədən ölür? – Baş pediatr açıqladı
Baş pediatr bildirib ki, qismən daha böyük yaşda olan uşaqlar arasında xəstələnmə və ölüm halları kəskin şəkildə azalır: “Yenidoğulma dövründə xəstələnmə inkişaf edir. Bu dünyanın inkişaf etmiş ölkələrində də belədir. Amma əvvəllər bizdə göstəricilərin ardıcıllığı başqacür idi. Yenidoğulan körpələrdə ölümü infeksiyon xəstəliklər, difteriya, qızılca və polimelitdə axtarırdıq. İndi onların hamısının qarşısı alınılb. Artıq birinci yerə anadangəlmə xəstəliklər çıxıb”.
N.Quliyev qeyd edib ki, uşaq ölümlərində günahı olan həkimlər arasında qovulanlar da var: “Komissiyanın ayda bir dəfədən az olmayaraq, tələb olunan hallarda isə təcili iclasları keçirilir. Həkimlərdən kimin səhvi varsa cəzalandırılır. Onlar arasında işdən qovulanlar, şiddəli töhmət, töhmət və xəbardarlıq alanlar, kursa göndərilənlər olur”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Uşaq-ölümü Pediatr Səhiyyə-Nazirliyi