Qaxda ağac “soyqırımı”: Nazirlik prokurorluğa akt göndərdi

Qaxda ağac “soyqırımı”: Nazirlik prokurorluğa akt göndərdi
  21 İyul 2017    Oxunub:1288
Qax rayonunun Əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan İbaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) şikayət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, şikayət ETSN-in 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı yaş köküstə 108 ədəd qovaq ağacının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacların Qax rayonunun İbaxlı kənd sakini Bəlyar Əhmədov tərəfindən kəsildiyi və təbiətə 42 790 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Qax Rayon Prokurorluğuna göndərilib.

AzVision.az


Teqlər: ekologiya   ağac  





Xəbər lenti