“El hərəkatı” İlham Əliyevi dəstəkləyəcək
AzVision.az xəbər verir ki, o, birliyin yaradılmasını bu gün keçirdiyi mətbuat konfransında elan edib.
Ə.İbrahimov deyib ki, adı çəkilən birliyi o, 2013-cü il martın 12-də yaradıb və bu qurumun qarşısında duran əsas məqsəd mənfi fikirli insanları öz sıralarından uzaqlaşdırmaqdır:
“Hazırda 11 rayon təşkilatımız fəaliyyət göstərir və 16 rayon təşkilatı üzrə təşkilatlanma işləri gedir. Yaxın günlərdə bu təşkilatların adları açıqlanacaq. Hazırda 500 nəfər üzvümüz var”.
Ə.İbrahimov vurğulayıb ki, “El hərəkatı”nın qarşısında duran prinsipial məsələ İlham Əliyevin namizədliyini dəstəkləməkdir:
“Prezident seçkilərində namizədliyi qeydə alınmış İlham Əliyev cənablarına 85 rayon, 125 seçki dairəsində aktiv surətdə kömək göstərmək üçün təbliğat-təşviqat kampaniyasında fəal iştirak etməkdir. İnanırıq ki, İlham Əliyev 9 oktyabr seçkilərində qalib gələcək”.
Fatimə KƏRİMLİ