Polşanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi

Polşanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi
  15 Noyabr 2024    Oxunub:254
Polşanın keçmiş Prezidenti Lex Valensa xəstəxanaya yerləşdirilib.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bunu siyasətçinin "Facebook"da yayımladığı xəstəxana palatasından çəkilmiş foto sübut edir.

O, fotoya "Məni yadda saxladılar" şərhini yazıb.

O2.pl portalı keçmiş Polşa liderinin köməkçisi Marek Kaçmarla əlaqə saxlayıb və o, Valensanın son vaxtlar özünü pis hiss etdiyini bildirib.

Siyasətçi kardioloji müayinədən keçmək üçün Qdanskdakı xəstəxanaya gedib.

Xatırladaq ki, Valensa 1990-1995-ci illərdə Polşanın prezidenti olub.

AzVision.az



Teqlər:





Xəbər lenti