Kiyevin müttəfiqləri Moskvaya güzəştdən danışırlar

   Kiyevin müttəfiqləri Moskvaya    güzəştdən    danışırlar
  14 Noyabr 2024    Oxunub:1248
Davamlı dəstək barədə bəyanatlara baxmayaraq, Kiyevin Avropadakı bəzi müttəfiqləri yavaş-yavaş Ukrayna və Rusiya arasında danışıqlar üçün zəmin yaratmağa başlayıblar.
AzVision.az xəbər verir ki, Avropa və NATO ölkələrinin 10 hazırkı və keçmiş diplomatı ilə danışıqların nəticələrinə əsaslanan “The Washington Post (WP)” qəzeti belə məlumat yayıb.

Diplomatlar etiraf edirlər ki, Ukraynaya mümkün ərazi güzəştləri barədə söhbətlər artıq əvvəlki kimi rədd olunmur. Onlar artıq belə güzəştləri “sülh müqabilində torpaq” deyil, “təhlükəsizlik müqabilində torpaq” kimi formalaşdırırlar.

Avropalı siyasətçilərin fikrincə, Ukraynanın mümkün sülh danışıqlarında mövqeyini möhkəmləndirmək üçün Kiyevə hərbi dəstəyi artırmalıdırlar. Onlar həmçinin Donald Tramp administrasiyası saziş bağlamaq üzrə danışıqlara başlayacağı halda, sürprizlərdən qaçmaq istəyirlər.

Qəzetin mənbələri bildirir ki, keçən həftə Budapeştdə Avropa İttifaqı liderlərinin şam yeməyində bir çoxları Ukraynaya pul və hərbi yardımın davam etdirilməsini dəstəkləyib və Vaşinqtonun yardımı kəsiləcəyi təqdirdə maliyyənin necə təmin olunacağı barədə müzakirələr aparıblar.

“Avropada indi çoxları etiraf edir ki, danışıqlar gözlənildiyindən daha tez başlaya bilər və onlar hər iki tərəfdən bəzi güzəştlərə səbəb olacaqlar”, -Avropa Şurasının Xarici Münaisəbtlər üzrə əməkdaşı və NATO baş katibinin keçmiş köməkçisi Kamil Qrand vurğulayıb.

Söhbətin məzmunundan xəbərdar olan mənbələr isə Fransa prezidenti Emmanuel Makronun keçən həftə Trampla 25 dəqiqəlik telefon əlaqəsi zamanı istənilən danışıqlara Moskva tərəfindən əhəmiyyətli güzəştlər daxil olunmasının qeyd etiyini bildiriblər.

Estoniyanın keçmiş Baş naziri Kaia Kallas, öz növbəsində, Avropa Parlamentində (AP) onun Aİ diplomatiyasının rəhbəri kimi təsdiqlənməsi ilə bağlı keçirilən dinləmələrdə 2015-ci ilin yerinə yetirilməmiş Minsk razılaşmalarını xatırladaraq, sadə sülh sazişinin yetərli olmaycağını deyib. Onun iddiasına görə, Avropa elə bir şəraitdə olmalıdır ki, Rusiya ğzününü son müstəmləkə müharibəsini uduzsun.

- Qərb qələbə qazanmaq üçün Ukraynanın bütün torpaqlarını azad etməli olduğu fikrindən əl çəkməlidir. Lakin qələbə onun suverenliyini və müstəqilliyini, istənilən ittifaq və birliklərə girmək azadlığını qoruması kimi qiymətləndirilməlidir. Krım da daxil olmaqla bütün işğal edilmiş ərazilərin qaytarılması artıq münaqişənin, demək olar ki, qeyri-real nəticəsidir”, - Beynəlxalq münasibətlər üzrə Amerika Şurasının fəxri prezidenti Riçard Xassın “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində deyilir.

Onun fikrincə, Qərb Ukraynaya hərbi yardım göstərmək və onun uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri azaltmaq üçün öz üzərinə etibarlı, uzunmüddətli öhdəliklər götürməlidir. Bu, “Rusiya üçün müharibə xərclərini artıracaq və Putinin Qərbi geridə qoyacağına dair ümidlərini sarsıdacaq”.

Eyni zamanda, “The New York Times (NYT)” qəzetinin yazdığına görə, yüksək vəzifəli ukraynalı mənurlardan biri mümkün sülh danışıqları zamanı ilk növbədə təhlükəsizlik təminatı məsələsinin Ukrayna üçün vacib olduğunu vurğulayıb.

“Ərazi məsələsi son dərəcə vacibdir. Ancaq bu hələ də ikinci ən vacib sualdır. Əsas məsələ təhlükəsizlik təminatıdır. Ukrayna üçün digər amillər də vacibdir - mümkün silahsızlaşdırılmış zonanın eni və iqtisadiyyatın bərpası imkanı”, - ukraynalı məmur deyib.

Yeri gəlmişkən, Ukrayna Ali Radasının Müdafiə və Kəşfiyyat Komitəsinin sədri Roman Kostenko da nəşrə bildirib ki, Ukrayna üçün təhlükəsizliyin təminatından daha vacib heç nə yoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Aropa   Ukrayna   güzəştlər  





Xəbər lenti