Rusiyada elektrik probleminə görə kriptovalyuta mayninqi qadağan olunacaq

Rusiyada elektrik probleminə görə kriptovalyuta mayninqi qadağan olunacaq
  15 Noyabr 2024    Oxunub:168
Rusiya hökuməti 2024-cü il dekabrın 1-dən müəyyən ərazilər üçün kriptovalyuta mayninqinə qadağa qoymaq hüququndan istifadə etməyə başlayacaq.
Energetika Nazirliyi bununla bağlı müvafiq təklif irəli sürüb və bu məsələyə noyabrın 18-də hökumətlərarası komissiyanın iclasında baxılacaq. Bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novakın mətbuat xidməti məlumat yayıb.
Energetika Nazirliyi təşəbbüsü təsdiqləyərək bəyan edib ki, söhbət “ən kritik rejim və balans parametrlərinin” müşahidə olunduğu rayonlardan və elektrik enerjisinin qiymətinin subsidiyalaşdırıldığı ərazilərdən gedir.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti