Fransada Zelenskini müharibəni dayandırmağa çağırdılar

Fransada Zelenskini müharibəni dayandırmağa çağırdılar
  15 Noyabr 2024    Oxunub:211
"Ukrayna prezidenti Vladimir Zelenski dayanmalıdır".
AzVision.az xəbər verir ki, bunu “Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, Kiyevin nüvə bombası hazırlamağa hazır olması ilə bağlı xəbərləri belə şərh edib.

“Dəhşətli! Times qəzetinin yazdığına görə, Amerikanın yardımı dayansa, Ukrayna Naqasakiyə bərabər gücə malik nüvə bombası hazırlayır! Zelenskinin çılğınlığının həddi-hüdudu yoxdur və təcili dayandırılmalıdır”, - deyə o, yazıb.

Noyabrın 15-də nüvə enerjisi üzrə mütəxəssis və Atominfo Mərkəzinin rəhbəri Aleksandr Uvarov bildirib ki, Çernobıl AES-in nüvə tullantıları Ukrayna tərəfindən nüvə silahı yaratmaq üçün istifadə oluna bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti