Ceyhun Bayramov CARICOM-un baş katibi ilə danışıqlar aparıb
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Natali Barnett ilə görüş keçirib. Görüş zamanı CARICOM-la gələcək əməkdaşlıq perspektivləri, həmçinin COP29-a sədrlik prioritetləri və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim səylərini dəstəkləməyə dair Azərbaycanın təşəbbüsləri müzakirə olunub. Dialoqun daha da aktivləşdirilməsi üçün bu cür qarşılıqlı əlaqələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb", - paylaşımda qeyd edilib.
AzVision.az
Teqlər: