"Vasitəçilərə artıq məlumat vermişik ki, Qəzza zolağında qəti surətdə atəşkəsə, (İsrail - red.) qoşunların çıxarılmasına, məcburi köçkünlərin öz yurdlarına qayıtmasına, əsir mübadiləsinə, humanitar yardım axınının sürətləndirilməsinə və yenidənqurma işlərinə imkan yaradan istənilən təklifə hazırıq", - Nəim vurğulayıb.
WSJ: "Tramp Livanda atəşkəsə razılıq verib" |
Xatırladaq ki, Donald Tramp seçki kampaniyası dövründə "həm Yaxın Şərqdə, həm də Ukraynada müharibələri 24 saat ərzində bitirəcəyinə" dair mütəmadi vəd verib. Bu məqsədlə o, ötən günlərdə İsrailin strateji işlər naziri Ron Dermerlə görüşərək, regiondakı digər müharibə ocağında - İsrail-"Hizbullah" qarşıdurmasında atəşkəsə razılıq verdiyini diqqətə çatdırıb.
Firudin Həmidli
AzVision.az