Braziliyanın Ali Məhkəməsi qarşısında partlayışlar törədilib - VİDEO

   Braziliyanın Ali Məhkəməsi qarşısında partlayışlar törədilib    - VİDEO
  15 Noyabr 2024    Oxunub:203
Braziliyanın Federal Ali Məhkəməsinin binası qarşısında bir-birinin ardınca 20 saniyə ərzində iki partlayış baş verib. Partlayışın episentri Üç Hakimiyyət Meydanındakı iki bina arasında olub.

AzVision.az Braziliya mediasına istinadən xəbər verir ki, terror aktı törətmək istəyən kişi binaya girməyə imkan tapmayıb - partlayıcı qurğu vaxtından əvvəl işə düşüb. Rəsmi şəxslər son partlayış nəticəsində özünü partladan şəxsin cəsədi tapıldığını bildirblər. İlkin məlumata görə, həmin şəxs Fransisko Vanderli Luisdir. 2020-ci il bələdiyyə seçkilərində Liberal Partiyasının namizədi olan Lusi uğur qazana bilməyib.

Federal Dairənin vitse-qubernatoru Selina Leao şübhəlinin yaxınlıqda parklanmış avtomobilində daha bir partlayışın baş verdiyini və baqaj bölməsini tamamilə məhv etdiyini deyib.

Qeyd edək ki, Üç Hakimiyyət Meydanı ərazisində Braziliya hökumətinin binaları - prezidentin iqamətgahı, Ali Məhkəmə və Milli Konqres yerləşir. Bu baxımdan, G20 sammiti və Çin sədri Si Cinpinin səfəri ərəfəsində baş verən hadisə ciddi narahatlığa səbəb olub. Böyük iyirmiliyin 19-cu sammiti noyabrın 18-19-da Rio-de-Janeyroda keçiriləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Braziliya   Məhkəmə   partlayışlar  





Xəbər lenti