Azərbaycan, Qazaxıstan və Özbəkistan "yaşıl enerji dəhlizi"nə dair memorandum imzalayıblar

   Azərbaycan, Qazaxıstan və Özbəkistan "yaşıl enerji dəhlizi"nə dair memorandum imzalayıblar
  13 Noyabr 2024    Oxunub:1253
Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizi boyunca bərpa olunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu, COP29-un regional və transregional səviyyədə mühüm nəticələrindən biri. Layihə həmçinin Qara dəniz enerji kabeli ilə əlaqələndiriləcək. Yeni "yaşıl enerji dəhlizi" yaradılmaqdadır", - H. Hacıyev vurğulayıb.

AzVision.az



Teqlər: Memorandum  





Xəbər lenti